20 Yanvar dairəsi bağlandı

20 Yanvar dairəsi bağlandı
Bütün Xəbərlər
11:23 24.04.2015
626
Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Tərtib olunmuş qrafikə əsasən, bəzi küçə və prospektlərdə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.
Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, bununla əlaqədar olaraq, bu gün saat 11:00-dan etibarən 20 Yanvar dairəsində, daha dəqiqi Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
İşlər başa çatanadək sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
OXŞAR XƏBƏRLƏR