20 Yanvar hadisələrinin 23-cü ildönümü münasibətilə Smartmob keçiriləcək

GƏNCLİK
18:05 11.01.2013
2531

Gənc Peşəkarlar Forumunun təşkilatçılığı ilə Azərbaycan qəhrəmanlıq tarixi olan 20 Yanvar hadisələrinin 23-cü ildönümü münasibətilə Smartmob keçiriləcək.

Tədbirdə məqsəd “20 yanvar” hadisəsini bir faciə kimi deyil, qəhrəmanlıq nümunəsi kimi yad etməkdir.

APGF-nun Yanvarın 12-də Azərbaycan Marketinq Cəmiyyətinin ofisində smartmoba hazırlıq tədbiri keçiriləcək. Tədbirdə məlumatlandırılmış gənclər smartmobda iştirak etmək hüququ qazanacaqlar. Tədbirin yeri isə smartmobda iştirak etmək istəyən gənclərin sayından asılı olacaq. İştirakçı sayı yanvarın 12-də keçirilən hazırlıq tədbirində məlum olduqdan sonra yer müəyyən ediləcək.

OXŞAR XƏBƏRLƏR