Əjdərli Elvin 3 avqust 1994-cü ildə Yevlax şəhərində, ziyalı ailəsində anadan olub. Orta təhsilini 9-cu sinfə qədər Bakı şəhəri Binəqədi rayonu Qorxmaz Baxşıyev adına 179 saylı tam orta məktəbdə alıb. Sonra valideynlərinin işi ilə əlaqədar təhsilini Yevlax rayonu Nizami adına 7 saylı tam orta məktəbində davam etdirib. Hazırda ali təhsilini qardaş Türkiyə Respublikasının Eskişehir Osmanqazi Universitetində İdarəetmə fakültəsində davam etdirir. Türkiyə Azərbaycan Qardaşlıq Platformasının təsisçisi və sədridir.
AZXEBER.COM xəbər verir ki, Türkiyədə təhsil aldığı müddət ərzində bir azərbaycanlı olaraq çox yeniliklər etdiyini deyən Elvin öz uğurlarını Xeberlenti.com ilə bölüşüb: “Türkiyədə təhsil alan azərbaycanlılar içərisində həşmişə ilklərə imza atmışam. İlk dəfə Türkiyə Azərbaycan Qardaşlıq Platformasını təsis etdim. Türkiyə tarixində ilk dəfə universitet Tələbə Gənclər təşkilatında ilk xarici və azərbaycanlı tələbə oldum ki, Tələbə Gənclər Təşkilatı sədrinin xarici əlaqələr üzrə müşaviri vəzifəsinə və Fakultə Tələbə Gənclər Təşkilatı sədrliyinə seçildim. Bu gün isə yenə ilk azərbaycanlı və xarici tələbə olaraq Cənab Baş Nazir Əhməd Davudoğlunun rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının, Eskişəhər universitet gənclər birliyinin sədri Məsut Karamanın, şəhər təşkilatı sədri cənab Mustafa Dündar ÜNLÜ"yə verdiyi təqdimata əsasən cənab sədrin sərəncamı ilə “Ədalət və İnkişaf Partiyası Eskişəhər universitet Gənclər Birliyinin Xarici Əlaqələr Departamentinin Rəhbəri” vəzifəsinə gətirildim.
Mən də bu gündən etibarən çalışacağam ki, mənə göstərilən bu etimadı doğruldum.
İlk iş həftəmdə rəhbərliyə verdiyim layihəmlə Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyində fəaliyət göstərən dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının hər hansısa bir şəhər təşkilatı ilə qardaşlıq müqaviləsinin bağlanmasını gündəmə gətirdim".
Elvin bəyə bütün işlərində və gələcək kariyerasında uğurlar arzulayırıq.