200 kişini QİÇS-ə yoluxduran Elnarə öldü

200 kişini QİÇS-ə yoluxduran Elnarə öldü
Bütün Xəbərlər
03:25 30.04.2012
6169
QİÇS-ə yoluxan Elnarə Əhmədova QİÇS-lə Mübarizə Mərkəzində vəfat edib. Onun ölümü haqqında xəbəri Nərimanov Rayon Məhkəmə-Tibb Ekspertizası yayıb. Elnarə Azərbaycanda 200 kişini bu xəstəliyə yoluxdurması ilə tanınır. Bu faktı o özü 5 il öncə istintaqa ifadə verərkən söyləmişdi. Elnarə Şəkidə uşaq evində böyüyüb. Daha sonra isə Şağanda 3 saylı internata yerləşdirilib. 12 yaşında ikən rəfiqəsi ilə bərabər internatdan qaçıb. O, mediaya atasının vəfat etdiyini, alkoqol aludəçisi olan anasının yeri haqda isə heç bir bilgisi olmadığını demişdi. 12 yaşında intim həyata başlayan Elnarə 13 yaşında polis tərəfindən tutularaq Ramanadakı zöhrəvi dispanserə göndərilib. 2003-ci ilin avqustunda dispanserdə aparılan analizlər Elnarənin QİÇS virusuna yoluxduğunu təsdiq edib. Elnarə Əhmədova 2005-ci ilin aprelində 1 saylı Kliniki Xəstəxananın doğum şöbəsində olarkən onun QİÇS-ə yoluxduğu növbəti dəfə təsdiqlənib. Xəstəxanada bir neçə gün qalsa da, sonradan körpəsini orada qoyaraq qaçıb. Bir neçə gün sonra körpə tələf olub.QİÇS-ə yoluxduğunu bilsə də Elnarə fahişəliyə davam edib. QİÇS-lə Mübarizə Mərkəzindəki qaynaq mediaya onun dəfələrlə uzun müddətə yoxa çıxdığını bildirib. Elnarə özü isə mediaya bildirib ki, o, QİÇS-ə kişilərdən yoluxub, ona görə də virusu kişilər arasında bilərəkdən yayır, bir növ qisas alır.Ancaq faktla bağlı cinayət işində onun yoluxdurduğu kişilərin yalnız sayı göstərilib, onlardan heç birinin adı istintaqda keçmir. Məhkəmə-Tibbi Ekspertizaya yalnız iki kişi müraciət edib, onların da qanunda QİÇS aşkarlanmayıb.2008-ci ilin fevralında Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Elnarə Əhmədova 9 ay müddətinə azadlıqdan məhrum edilmişdi. O, həbsxanada olarkən bildirmişdi ki, azadlığa çıxdıqdan sonra fahişəliklə məşğul olmağı dayandırmayacaq, çünki kişilərə nifrət edir, onları HİV-ə yoluxduracaq.
OXŞAR XƏBƏRLƏR