200 yerlik yeni məktəb binası istifadəyə verildi

200 yerlik yeni məktəb binası istifadəyə verildi
Bütün Xəbərlər
08:32 26.12.2012
970

Yeni il Bayramı və Dünya Azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində Neftçala rayonunun İkinci Qaralı kəndində yeni məktəb binası istifadəyə verilib.

AZXEBER.COM-un məlumatına görə, Neftçalanın İkinci Qaralı kəndində istifadəyə verilən yeni məktəb binasını açılış mərasimində rayon rəhbərliyi, millət vəkili Arif Rəhimzadə və ictimaiyyətin nümayəndələri iştirak ediblər.Tədbirdə qeyd edilib ki, 200 yerlik yeni təhsil ocağı 11 sinif otağı, fizika-kimya kabinetləri, laboratoriya, kitabxana, akt və idman zallarından ibarətdir. 2012 –ci ildə 220 yerlik Xıllı qəsəbə məktəbindən sonra İkinci Qaralı məktəbinin yeni binası da şagirdlərin ixtiyarına verilir.Son beş ildə Dövlət Prqoqramı və Heydər Əliyev Fodunun dəstəyi ilə 7 yeni təhsil ocağı inşa edildiyini söyləyən natiqlər hazırda Xəzərkənd kəndində 260, Yuxarı Qaramanlı kəndində isə 360 yerlik yeni məktəb binalarının tikilidiyini bildiriblər.

Milli Məclisin komitə sədri Arif Rəhimzadə dövlətin insan kapitalına yönəlik siyasətinin real nəticələribndən danışıb və istifadəyə verilən yeni məktəb binalarını da bunun bariz nümunəsi kimi səciyyələndirib.Sakinlər təhsilə, gələcəyimizə qayğıya görə prezident İlham Əliyevə minnətdarlıq ediblər.Sonra mərasim iştirakçıları yeni təhsil ocağında yaradılan şəraitlə tanış olublar.

OXŞAR XƏBƏRLƏR