2010-cu ilin 10 ən yaxşı qurğusunun adı açıqlanıb

Bütün Xəbərlər
10:36 14.12.2010
2075

Jurnalın mütəxəssisləri reytinqin birinci pilləsində cari ilin sentyabr ayına kimi 7,5 milyon ədəd satılmış Apple iPad planşet kompüterini yerləşdiriblər. 
Siyahının on yerindən dördünü məhz Apple şirkətinin məhsulları tutur. Belə ki, iPad planşetindən əlavə onluqda 11 düymlü MacBook Air portativ kompüteri (üçüncü yer), iPhone smartfonunun dördüncü versiyası (altıncı yer), eləcə də Apple TV internet-televiziya qurğusu (yeddinci yer) yer alıb. 
İlin ən yaxşı qurğuları arasında Time mütəxəssisləri həmçinin Samsung Galaxy S və Google Nexus One smartfonlarını da qeyd ediblər. 
Siyahının son üç mövqeyində isə Toshiba şirkətinin ikiekranlı planşeti, Xbox 360 oyun qurğusu üçün Kinect kontrolleri və Nook Color rəngli ekranlı elektron kitab yerləşdirilib. 
 
Tam siyahı: 
 
iPad
Samsung Galaxy S
MacBook Air
Logitech Revue
Nexus One
iPhone 4
Apple TV
Toshiba Libretto W100
Microsoft Kinect
Nook Color.
 

 

OXŞAR XƏBƏRLƏR