“2011-ci ilin ən ağır hadisəsi metroda gediş haqqının artırılması olub”
Bütün Xəbərlər
03:15 04.01.2012
1636
İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) 2011-ci ilin yekunlarına dair açıqlama yayıb. “Media forum” saytının məlumatına görə, İTM bildirir ki, 2011-ci ildə milli iqtisadiyyat 1996-cı ildən bəri ilk dəfə ən aşağı səviyyədə artım nümayiş etdirib - 0,3 faiz: “Bu göstərici MDB ölkələrinin ümumi daxili məhsul (ÜDM) üzrə eyni dövrə olan orta artım göstəricisindən (4,5%) 15 dəfə aşağıdır”. Açıqlamada qeyd olunur ki, 2011-ci ilin ən agır qərarı dekabrın 1-dən metroda gediş haqqının 33 faiz artırılması olub: “İl ərzində əhalinin son istehlak xərcləri artaraq onun gəlirlərinin 67,2 faizini təşkil edib”.