2014 “AZXEBER.COM”-çularla

GƏNCLİK
17:54 30.12.2014
2428

Budur artıq kandarlarda 2015-ci ilin ayaq səsləri eşidilməkdədir. At ili yerini keçi ilinə təhvil verir. Uğurları, sevincləri, müvəffəqiyyətləri, ruzi-bərəkəti ilə bu ili də yola salırıq. 

Azxeber.com-çular üçün 2014-cü ili uğurlu il hesab edə bilərik. Çünki saytımızın uğurları bu il həqiqətən də bol olub. Kollektivimizin səmimi, peşəkar üzvlərinin bu illə bağlı ürək sözlərini oxucularımızla da bölüşürük.

Hacıbəy Heydərli – baş redaktor:

- Bu il mənim üçün çox yaddaqalan il oldu. İlk növbədə Türkiyədə Bahçeşehir Universitetinin Beynəlxalq Münasibətlər və Siyasət fakültəsinin magistrı oldum. Bundan başqa, azxeber.com-u bəyənən insanların sayı 300 min nəfəri ötdü. Ümuumilikdə isə deyə bilərəm ki, sevdiklərimizin, ailəmizin və dostlarımızın yanında olduğu bütün günlər, bütün illər gözəl və yaddaqalan olur. Bütün həmyerlilərimizin bayramını təbrik edirəm.

Əfzələddin Ağalarov – baş direktor

- Mənim üçün 2014 uğurlu bir il oldu. Bu il azxeber.com yeni uğurlar əldə etdi. Sayt 2014-cü ildə 300 mindən cox oxucunu öz ətrafında birləşdirə bildi. 2014-cü ildə eyni zamanda, Türkiyənin tarixi dövlət universiteti Marmarada təqaüdlə magistratura təhsili almaq şansını qazandım. Aldığım ixtisas isə Media iqtisadiyyatı və idarə edilməsi sahəsi üzrədir. Məhz bu hadisənin 2014-cü ildə baş verməsi bu ilin mənim üçün uğurlu il olduğunu deməyə əsas verir.

Azər Niftiyev – köşə yazarı:

- 2014-cü il həyatımda kədərli bir il kimi yadda qaldı. Atam professor Ağaddin Niftiyev vəfat etdi. Fəaliyyət baxımından isə müəyyən uğurlar oldu. Xüsusən, ilin sonuna doğru rəhbəri olduğum “AN Media Group”un yaradılması, eyni zamanda mediada həyata keçirdiyimiz bəzi layihələr bu sırada qeyd oluna bilər.

Günel Hüseynli – redaktor:

- Bu il mənim üçün çox əlamətdar il olub. Ailə həyatı qurmuşam. Çox xöşbəxtəm. Azxeber.com-un bütün uğurlarına ürəkdən sevinirəm. Həyatımda yaşadığım bütün uğur, sevinc və müvəffəqiyyətlərə görə, ailəm, doğmalarım, yaxınlarım və əzizlərimə qəlbən minnətdaram.

Mətanət Əliyeva – redaktor:

- 2014-cü il mən həyatımın ən xoşbəxt anlarını yaşadım. Oğlum Orxan Bakı Atatürk Litseyini müvəffəqiyyətlə bitirib və Türkiyənin İstanbul Universitetinin iletişim fakültəsinin qazeteçilik bölümünü yüksək göstəricilərlə qazanıb. Bir ana kimi bu mənim üçün yaşadığım ən böyük sevinclərdən biri oldu. Qət etdiyi qısa fəaliyyət yoluna baxmayaraq, Azxeber.com-un qazandığı uğurlarının davamlı olacağına inanıram. Qarşıdan gələn illərdə millətimizə səadət, uğur və əmin-amanlıq diləyirəm.

Ozal İbrahimli - redaktor:

- Azxeber.com-da jurnalistika sahəsində peşəkarlığımı inkişaf etdirirəm, kollektivimizin üzvlərinin peşəkarlığı və səmimiyyəti bundan sonra da yeni uğurlarımıza imza atmağa imkan verəcək. Şəxsi həyatımda bu il yenilik olmasa da, 2015-ci ildə əzizlərimi sevindirəcəm.

OXŞAR XƏBƏRLƏR