2015- ci ili qeyri- iş – GÜNLƏRİ

2015- ci ili qeyri- iş – GÜNLƏRİ
Bütün Xəbərlər
15:17 25.12.2014
4490
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə işçilərin iş vaxtı normasının düzgün hesablanması və tətbiq edilməsi məqsədilə 2015-ci ilin İstehsalat təqvimi və İş vaxtı norması hazırlanaraq təsdiq edilib.
AZXEBER.COM Nazirliyin saytına istinadən xəbər verir ki, bu sənədə əsasən, 2015-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 9, 25, 26 mart, 11 may, 20 iyul, altıgünlük iş həftəsində isə 9 və 25 mart tarixləri istirahət günləridir. 2015-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir. 2015-ci ildə beşgünlük iş həftəsində 242 iş günü (onlardan, 8-i bayramqabağı iş günləridir), iş günü hesab edilməyən 109 istirahət günü (onlardan, 5-i iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən həftələrarası istirahət günlərinin əvəzinə verilən istirahət günləri, iş günü hesab edilməyən 18 bayram (5-i istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq hüzn günü var.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən Azərbaycan Respublikasında gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. 2015-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir. Bu zaman Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır. Qanunvericiliyə uyğun olaraq 2015-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1928 saat təşkil edir. Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə sonrakı gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2015-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1928 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.
Günel
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hindistan təyyarəsi partlayış təhdidindən sonra təcili eniş edib
18:28 17.06.2025
Hindistan təyyarəsi partlayış təhdidindən sonra təcili eniş edib
İran İsfahanda İsrailə məxsus PUA istehsal edən sex aşkarlayıb
18:19 17.06.2025
İran İsfahanda İsrailə məxsus PUA istehsal edən sex aşkarlayıb
Sabahdan Bakıda iki yolun kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq
17:53 17.06.2025
Sabahdan Bakıda iki yolun kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq
AEBA: Natanz nüvə stansiyasının yeraltı hissəsinə zərbələr endirilib
17:44 17.06.2025
AEBA: Natanz nüvə stansiyasının yeraltı hissəsinə zərbələr endirilib
İordaniya kralı: İsrailin İrana hücumları hamı üçün təhdiddir
17:38 17.06.2025
İordaniya kralı: İsrailin İrana hücumları hamı üçün təhdiddir
Avropa Liqası: "Sabah"ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
17:16 17.06.2025
Avropa Liqası: "Sabah"ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
Bu ərazilərdə qaz təchizatında fasilə yaranacaq
17:00 17.06.2025
Bu ərazilərdə qaz təchizatında fasilə yaranacaq
İsrailin müdafiə naziri: Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək
16:32 17.06.2025
İsrailin müdafiə naziri: Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək
"Niyə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir?" - Murad Arif dilə gəldi
16:28 17.06.2025
"Niyə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir?" - Murad Arif dilə gəldi
Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
16:27 17.06.2025
Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
16:20 17.06.2025
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
Tanınmış fotoqraf qəfil vəfat etdi
16:17 17.06.2025
Tanınmış fotoqraf qəfil vəfat etdi
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
15:46 17.06.2025
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
15:44 17.06.2025
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
15:42 17.06.2025
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
15:35 17.06.2025
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var