2016-cı il bir qrup tanınmış ictimai-siyasi xadimin həyatının son ili oldu. Həm yaxınları, həm də sevənləri bu il onlarla vidalaşdı.
Zəlimxan Yaqub (1950-2016)- Azərbaycan Aşıqlar Birliyinin sədri, 'Şöhrət' ordenli xalq şairi uzun sürən böyrək çatışmazlığı xəstəliyindən yanvar 9-u günorta saatlarında vəfat edib.

İlhamə Quliyeva (1943-2016)-xalq artisti, fevralın 25-də Bakı şəhərində vəfat edib. O, Azərbaycanın xalq artisti Tükəzban İsmayılovanın qızıdır. İlhamə Quliyeva İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbibulla Bayramovun yanında dəfn edilib.
Məhəmməd Əli (1942-2016)- Əfsanəvi boksçu, 19 dəfə dünya çempionu iyunun 3-də ABŞ-ın Finiks xəstəxanasında vəfat edib. O, tənəffüs yolları xəstəliyindən əziyyət çəkirdi. Onun əsl adı Kassius Marsellus Kleydir. Karyerası boyunca çıxdığı 61 matçın 56-dan qalibiyyətlə ayrılan idmançı 1964-cü ildə İslam dinini qəbul edərək Məhəmməd Əli adını alıb.

Sellapan Ramanatan (1924-2016)- Sinqapurun keçmiş prezidenti avqustun 22-də vəfat edib. O, ölkə tarixində ən ali dövlət postunda ən uzun müddətə - 1999-2011-ci illərdə tutan şəxs olub.

İslam Kərimov (1938-2016)- Özbəkistan prezidenti sentyabrın 2-də beyin qanaması səbəbindən vəfat edib. O, keçmiş SSRİ-də Özbəkistan Kommunist partiyasının I katibi (1989-1991) olub. 1990-cı ildən isə ölkənin prezidenti idi. O, sovetlər dövrü ilə birlikdə Özbəkistana 28 il rəhbərlik edib.
.jpg)
Tarık Akan (1949-2016) - türk kinosunun məşhur siması sentyabrın 16-da İstanbulda xəstəxanada vəfat edib. O, ağciyər xərçəngindən əziyyət çəkirdi. Ümumilikdə 111 filmdə rol alan Tarık Akan 1981-ci ildə Kann mükafatı alan "Yol” filminin baş rolunda oynayıb.
Karlo Adzelio Çampi (1921-2016)- İtalyanın onuncu prezidenti sentyabrın 16-da vəfat edib. O, 1999-cu ilin may ayından 2006-cı ilin mayına qədər bu vəzifədə işləyib.

Şimon Peres (1923-2016)- İsrailin sabiq prezidenti sentyabrın 28-də vəfat edib. Siyasi fəaliyyəti zamanı İsrailin xarici işlər naziri və baş naziri kimi mühüm vəzifələrdə çalışan Peres, 2007-14-cü illərdə bu dövlətin prezidenti olmuşdu.

modern.az