Sabah bəzi rayonlar qazsız qalacaq

SOSİAL
18:03 15.03.2016
1727
“Azəriqaz” abonentlərə xəbərdarlıq edib.
Martın 16-da saat 10:00-dan 18:00-dək Abşeron, Ağdaş və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Bu barədə “Azəriqaz” İB-dən AZXEBER.COM-a bildirilib.
Məlumata görə, təmir işləri aparılan müddətdə Astara şəhərinin və Goranboy rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.
“Aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür”, - deyə “Azəriqaz”-dan qeyd edilib.

OXŞAR XƏBƏRLƏR