Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı
Bütün Xəbərlər
14:50 11.01.2016
3887
Nazirlər Kabinetinə tapşırıq verildi.
Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə AZXEBER.COM  dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.
Sərəncama əsasən, Nazirlər Kabinetinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının təkliflərini nəzərə alaraq, 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
OXŞAR XƏBƏRLƏR