Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
Bütün Xəbərlər
13:55 21.12.2015
595
ETSN məlumat yaydı.
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində zəif duman olacaq. Gündüz mülayim cənub-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 9-13 dərəcə, Bakıda 2-4, gündüz 10-12 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR