Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
Bütün Xəbərlər
13:30 23.09.2015
1168
Bakıda 30 dərəcə isti olacaq.
Sentyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
AZXEBER.COM  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 16-21, gündüz 26-31, Bakıda isə gecə 19-21, gündüz 28-30 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR