42 dərəcə isti olacaq

42 dərəcə isti olacaq
Bütün Xəbərlər
13:12 28.06.2015
1640
Sabah Azərbaycanda havanın temperaturu 42 dərəcəyədək yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, iyunun 29-də Bakıda və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, axşama doğru şimal-qərb küləyi ilə əvəzlənəcək.
Paytaxtda havanın temperaturu gecə 22-24, gündüz 33-35 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında iyunun 29-da hava, əsasən, yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcəyədək yüksələcəyi gözlənilir. Dağlarda havanın temperaturu gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR