Sabah əksər rayonlarda qaz olmayacaq

Sabah əksər rayonlarda qaz olmayacaq
Bütün Xəbərlər
17:58 09.06.2015
2313
“Azəriqaz” məlumat yaydı.
İyunun 10-da əksər rayonların qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-dən AZXEBER.COM-a verilən məlumata görə, sabah saat 10:00-dan 18:00-dək Bərdə rayonunun Uğurlu, Şirvanlı, Hüseynbəyli, Muğanlı, Kələntərli, Qasımbəyli, Körpüqıran və Darğalar, Tərtər rayonunun Qaynaq, Qazyan və Qapcılı, Ağdaş rayonunun Qarabağlı, Lək, Pirəli, Gücü, Nehrəxəlil, Güvə, Qolqətir, Zeynəddin, Məşədi və Gürcuva kəndlərində qaz olmayacaq.
Xatırladaq ki, aparılan işlərin Ağdam, Ağdaş, İsmayıllı və Xızı rayon mərkəzlərinin bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Qeyd edək ki, məhdudiyyətin yaranmasına səbəb magistral qaz kəmərləri sahəsində aparılan təmir işləri ilə bağlıdır.
OXŞAR XƏBƏRLƏR