Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı
Bütün Xəbərlər
14:28 16.05.2015
1039
Şimal küləyi əsəcək.
17-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Oxu.Az-a verilən məlumatda bildirilir ki, şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 12-16, gündüz 19-24 dərəcə isti olacaq.
Mayın 17-də bölgələrdə də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 10-15, gündüz 22-27, dağlıq və dağətəyi rayonlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR