Araşdırmalar aparılır.
Bakıda dəniz sahilində meyiti tapılan körpənin anası tərəfindən atıldığı məlum olub.
AZXEBER.COM xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, aprelin 16-da rayonun Bibiheybət qəsəbəsində, dəniz sahilində 2013-cü il təvəllüdlü Cəmilə Ramil qızı Mirzəyevanın meyiti tapılıb.
Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində C. Mirzəyevanın ölümünə anası Günayın səbəb olduğu müəyyənləşib. Belə ki, anası övladını hələlik məlum olmayan tarixdə dəniz sahilinə qoyaraq, hadisə yerini tərk edib.
Polisdən azyaşlının anasının Ruhi Əsəb Dispanserinə yerləşdirildiyi bildirilib.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.