Bakının məşhur oteli yandı

Bakının məşhur oteli yandı
Bütün Xəbərlər
11:04 14.04.2015
1962
30 nəfər təxliyyə edilib.
Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 1350 kv.m olan üçmərtəbəli "TİTANİK" otelində yanğın olub.
AZXEBER.COM  FHN-ə istinadən xəbər verir ki, otelin 1-ci mərtəbəsində yerləşən, sahəsi 30 kv.m olan saunanın yanar konstruksiyaları yanıb.
Yanğın zamanı otelin yuxarı mərtəbələrindən 20 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib, 10 nəfər təxliyyə olunub. Otelin qalan hissəsi və saunaya bitişik tikililər yanğından mühafizə olunub.
Yanğın saat 08:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR