10 dərəcə isti olacaq.
Aprelin 3-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
AZXEBER.COM Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, bəzi yerlərdə duman, çiskin olacaq.
Gün ərzində əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək. Səhər şimal-qərb küləyinin güclənəcəyi gözlənilir, axşam mülayimləşəcək. Havanın temperaturu gecə 4-6, gündüz 7-10 dərəcə isti olacaq.
Rayonlarda isə bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Temperatur gecə 1-6, gündüz 9-14, dağlıq ərazilərdə gecə 0-4, gündüz 4-9 dərəcə isti olacaq.