Sinoptiklərdən - XƏBƏRDARLIQ

Sinoptiklərdən - XƏBƏRDARLIQ
Bütün Xəbərlər
12:05 03.04.2015
2231
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, bu gün Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi əsir.Gün ərzində küləyin sürəti ayrı-ayrı yerlərdə arabir güclənəcək. Şimal-qərb küləyi axşama doğru nisbətən mülayimləşəcək. Sabah isə şimal-qərb küləyi mülayim cənub küləyi ilə əvəz olunacaq. Aprelin 5-də isə cənub küləyi yenidən şimal-qərb küləyi ilə əvəz olunacaq, küləyin sürəti arabir güclənəcək.Yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturu 7-11 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
OXŞAR XƏBƏRLƏR