Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?
Bütün Xəbərlər
12:00 08.03.2015
825
Martın 8-də Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Axşama doğru bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir.Şimal-qərb küləyi əsəcək, səhər və gündüz arabir 23-25 m/s-yə çatacaq, yarımadanın bəzi yerlərində 28-30 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 3-5° isti, gündüz 7-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasındahava əsasən yağmursuz keçəcək. Axşama doğru bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 1-6° şaxta, bəzi yerlərdə 4°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarındahava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşam bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9°isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarındahava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Gecəyə doğru bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarındahavanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 0-2° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarındahava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarındahavanın arabir yağıntılı olacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 2-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR