“Azəriqaz” İB məlumat yaydı.
Bu gün Bakının Nərimanov və Sabunçu rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-dən AZXEBER.COM-a verilən məlumata görə, yeni çəkilmiş qaz kəmərinin mənbəyə birləşdirilməsi və qaz sızmasının ləğvi ilə əlaqədar martın 3-də saat 10:00-dan 18:00-dək Nərimanov və Sabunçu rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.