"Azərbaycana xaricdən tibbi fəaliyyət göstərmək üçün gələn həkimlər arasında qanunları pozanlar da olur. Ancaq onlar da nizam-intizama cəlb edilirlər".AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.Nazir müavini bildirib ki, Azərbaycana həkim kimi işləmək üçün gələn miqrantlarla bağlı müəyyən limitlər var: "Bunlar da Səhiyyə Nazirliyi ilə razılaşdırılıb. Bizim Dövlət Miqrasiya Xidməti ilə apardığımız danışıqlara görə, Səhiyyə Nazirliyinin təklifi ilə o limitlərdən də kənar mütəxəssislərin gəlməsi üçün şərait yaradılır".E.Ağayev deyib ki, xaricdən gələn bəzi həkimlərin öz profillərinə uyğun fəaliyyət göstərməsi və onların göstərdikləti tibbi xidmətlərin keyfiyyəti ilə bağlı da müəyyən boşluqlar var. Ancaq bu məsələ də SN-nin diqqətindədir.Onun sözlərinə görə, Azərbaycana gələn mütəxəssislər ölkədə tibbi fəaliyyət göstərmək üçün birinci növbədə SN-dən şəhadətnamə almalıdırlar. Ancaq Ә.Ağayev bu sahədə də pozuntuların olduğunu acıqlayıb: "Sözsüz ki, qanunları pozan adamlar da olur. Ancaq onlar da nizam-intizama cəlb olunurlar".