Sabah 15 dərəcə isti olacaq

Sabah 15 dərəcə isti olacaq
Bütün Xəbərlər
14:29 30.01.2015
891

Bəzi yerlərdə yağış yağacaq.

Yanvarın 31-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, havanın günün ikinci yarısında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə havanın temperaturu gecə 2-5, gündüz 7-10 dərəcə isti olacaq.Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, Lənkəran-Astara zonasında yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR