Sabah qar yağacaq

Sabah qar yağacaq
Bütün Xəbərlər
13:01 04.02.2015
3561
Sabah ölkədə yağıntılı hava gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 5-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq, günün ikinci yarısında dəyişkən buludlu keçəcək. Şimal-qərb küləyi günün ikinci yarısından mülayimləşəcək.Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 6-9 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında da fevralın 5-də hava yağıntılı keçəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar və qara keçəcəyi gözlənilir. Günün ikinci yarısından etibarən qərb rayonlarından başlayaraq yağıntılar kəsiləcək. Ayrı-ayrı yerlərəd duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.
OXŞAR XƏBƏRLƏR