“İslahatçı Gənclər” İctimai Birliyi (İGİB)2014-cü ilin yekunları ilə bağlı hər il ənənəvi olaraq elan etdiyi “Gənclərin Dostu” Milli Mükafatının növbəti qaliblərinin adlarını açıqlayıb. Bu barədə məlumat verən birliyin sədri Fərid Şahbazlının sözlərinə görə, İGİB hər il ənənəvi olaraq gənclərlə iş sahəsində mühüm xidmətləri olan, gənclərin müxtəlif təşəbbüslərinə dəstəyini əsirgəməyən şəxs və müxtəlif istiqamətlərdə özünün müsbət fəaliyyəti ilə fərqlənən şəxs və qurumları bu mükafatla təltif edir. F.Şahbazlı qeyd edib ki,“İslahatçı Gənclər” İB-nin keçirdiyi sorğu və monitorinqlər əsasında müəyyənləşir.
Təşkilat sədri eyni zamanda qeyd edib ki, ötən il olduğu kimi, 2014-cü ildə də Azərbaycan Prezidenti Cənab İlham Əliyev reallaşdırdığı olduqca uğurlu dövlət gənclər siyasətinə, gəncliyimizə göstərdiyi yüksək diqqət və qayğıya görə, “İlin Adamı” adına layiq görülüb: “Bu gün Azərbaycan gəncliyi Cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən siyasəti birmənalı şəkildə dəstəkləyir və dövlət başçısını özünün ən böyük himayədarı hesab edir”.
“İslahatçı Gənclər” İctimai Birliyinin 2014-cü il üzrə “Gənclərin Dostu” Milli Mükafatı ilə təltif etdiyi şəxsləri təqdim edirik:
Mehriban Əliyeva- Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSSESKO-nun xoşməramlı səfiri
Əli Abbasov-Rabitə və Yüksək Texnologiyalar naziri
Zakir Həsənov-Müdafiə naziri
Xaləddin İsgəndərov-Binəqədi rayon İcra Hakimiyyətinin başçısı
Nəsib Məhəməliyev-Nəsimi rayon İcra Hakimiyyətinin başçısı
Mahir Quliyev-Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı
Vüsal Quliyev- Prezident Adminstrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdürü
Fəttah Heydərov-Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili
Xalidə Bayramova-Səbail rayon İcra Hakimiyyəti başçısının I müavini
Fərhad Hacıyev-Azərbaycan Gənclər Fondunun icraçı direktoru
Daşqın Şikarov-Azərbaycanın Pakistandakı səfiri
Həsən Məmmədzadə-Azərbaycanın Litvadakı səfiri
Həsən Zeynalov-Azərbaycanın İstanbuldakı Baş konsulu
Müşfiq Əmirov-Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müşaviri
Aydın Mirzəzadə-Milli Məclisin deputatı
Azay Quliyev-Milli Məclisin deputatı
Elton Məmmədov-Milli Məclisin deputatı
Qənirə Paşayeva-Milli Məclisin deputatı
Ülvi Quliyev-Milli Məclisin deputatı
Jalə Əliyeva-Milli Məclisin deputatı
Adil Əliyev-Milli Məclisin deputatı
Hacı Salayev-Milli Məclisin deputatı
Kamilə Əliyeva-Milli Məclisin deputatı
Mahir Aslanov-Milli Məclisin deputatı
Azər Badamov-Milli Məclisin deputatı
Elman Məmmmədov- Milli Məclisin deputatı
Rövşən Rzayev-Milli Məclisin deputatı
Tahir Rzayev- Milli Məclisin deputatı
Leyla Abdullayeva- Milli Məclisin deputatı
Elmira Axundova-Milli Məclisin deputatı
Zahid Oruc-Milli Məclisin deputatı