Sabah Bakıda yağış gözlənilir

Sabah Bakıda yağış gözlənilir
Bütün Xəbərlər
13:25 10.12.2014
896
Şimal-qərb küləyi əsəcək.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir.
AZXEBER.COM  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən bildirir ki, sabah şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 5-7, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə dekabrın 10-u axşam qərb rayonlarında, dekabrın 11-də bəzi yerlərdə hava şəraitinin yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR