Qar yağacaq!

Qar yağacaq!
Bütün Xəbərlər
12:47 21.11.2014
2691
Noyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, şimal küləyi gecəyə doğru arabir güclənəcək. 
Havanın temperaturu gecə 7-9, gündüz 10-14 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında da hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi axşam arabir güclənən qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-9, gündüz 9-14, dağlarda gecə 0-4 dərəcə isti, bəzi yerlərdə 4 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR