Paytaxtın əsas küçə və prospektlərində tıxac yaranıb

Paytaxtın əsas küçə və prospektlərində tıxac yaranıb
Bütün Xəbərlər
10:59 03.11.2014
861
Bu gün səhər saatlarında paytaxtın əsas küçə və prospektlərində tıxac yaranıb. 
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızının APA-ya verdiyi məlumata görə, yağışlı hava ilə əlaqədar Bakı şəhərinin əksər küçə və prospektlərində tıxac müşahidə olunub.
Belə ki, Heydər Əliyev prospektindən şəhər istiqamətinə, Bakı-Sumqayıt şosesindən şəhər istiqamətinə, Yusif Səfərov küçəsi ilə hər iki istiqamətdə, Həsənoğlu 
küçəsindən şəhər istiqamətində, Atatürk prospektindən Ziya Bünyadov prospekti istiqamətinə, Binəqədi şosesindən şəhər istiqamətinə, Əlyar Əliyev küçəsindən 
Nərimanov küçəsi və Ziya Bünyadov prospekti istiqamətində tıxac yaranıb.
OXŞAR XƏBƏRLƏR