Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
Bütün Xəbərlər
00:35 03.11.2014
1989

Noyabrın 3-də Azərbaycan ərazisində yağmurlu hava şəraiti proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Yağışın gecə bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Hava gündüz dəyişkən buludlu olacaq, arabir tutulacaq.

Bakıda gecə və gündüz 4-6 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində də havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gecə bəzi bölgələrdə qarın intensiv olacağı ehtimalı var. Yağıntı gündüz tədricən kəsiləcək.

OXŞAR XƏBƏRLƏR