Sabah yağış yağacaq

Sabah yağış yağacaq
Bütün Xəbərlər
14:27 30.10.2014
1723
Cənub küləyi əsəcək.
Oktyabrın 31-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir.
Gecə və səhər yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AZXEBER.COM-a bildiriblər ki, cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 9-12, gündüz 13-16 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında oktyabrın 31-də gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacağı, şimal və şərq rayonlarında yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 12-17, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR