Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
Bütün Xəbərlər
15:24 23.10.2014
990
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu keçəcək, əsasən yağmursuz hava müşahidə olunacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hodroloqu Asif Verdiyev açıqlamasında bildirib ki, gecə 10-13°, gündüz 17-22° isti olacaq.Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.Nisbi rütubət gecə 75-85%, gündüz 50-55%, atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa qədər yüksələcək.
OXŞAR XƏBƏRLƏR