Azərbaycan Ordusu şəhid verdi

Azərbaycan Ordusu şəhid verdi
Bütün Xəbərlər
18:40 09.10.2014
1917

Bu gün saat 14.35 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutublar.AZXEBER.COM-un Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə nəticəsində Silahlı Qüvvələrimizin 1990-cı il təvəllüdlü, Ağdam rayonundan hərbi xidmətə çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əhmədov Tural Məhərrəm oğlu döyüş mövqeyində düşmən atəşinin qarşısını alarkən həlak olub.

Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR