Azərbaycanda məhkum xəstəlikdən öldü

Azərbaycanda məhkum xəstəlikdən öldü
Bütün Xəbərlər
11:04 07.10.2014
750
Bakıda məhkum xəstəlikdən ölüb.
APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində qeydə alınıb.
Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirləndirilərək 3 il müddətinə azadlıqdan məhrum edilən, 1980-cı il təvəllüdlü Sabir Quliyev müalicə aldığı müəssisədə dünyasını dəyişib.
Nizami Rayon Prokurorluğundan məhkumun ölüm faktını təsdiqləyiblər.Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR