Ermənilər yeindən mövqelərimizi atəşə tutdu

Ermənilər yeindən mövqelərimizi atəşə tutdu
Bütün Xəbərlər
10:38 10.10.2014
526
Cəbhə xəttində atəşkəs yenidən pozulub.Müdafiə Nazirliyindən verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 22 dəfə pozulub.Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.Tərtər rayonunun Qızıl Oba, Çiləbürt, Göyarx, Çaylı, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Ağdam rayonunun Cəvahirli kəndləri yaxınlığında, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
OXŞAR XƏBƏRLƏR