Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
Bütün Xəbərlər
00:47 29.09.2014
1659
Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən gündüz saatlarında yağış yağacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gündüz şimal-qərb küləyinin güclənəcəyi, bəzi ərazilərdə şiddətlənəcəyi ehtimalı var.

Havanın temperaturunun gecə 17-19 isti, günün birinci yarısında 20-23, axşama doğru 17 dərəcəyək isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olma ehtimalı var.

OXŞAR XƏBƏRLƏR