Ramil Usubovdan yeni təyinat

Ramil Usubovdan yeni təyinat
Bütün Xəbərlər
18:22 05.09.2014
2429

Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Ağstafa Rayon Polis Şöbəsinə yeni rəis təyin edilib.

Bu vəzifəyə polis polkovniki Yaşar Sakit oğlu Nuriyev təyin edilib.

Y.Nuriyev bu vəzifədə hazırda Xaçmaz Rayon Polis Şöbəsinin rəisi olan Ədalət Abbasovu əvəz edib.

Qeyd edək ki, Yaşar Nuriyev 2011-ci ilə qədər Baş Mühafizə İdarəsinin rəis müavini işləyib. Daha sonra DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini kimi çalışıb. Sonuncu iş yeri isə Xəzər rayon Polis Şöbəsi rəisinin şəxsi heyət üzrə müavini vəzifəsi olub.

///axar.az

OXŞAR XƏBƏRLƏR