Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
Bütün Xəbərlər
14:07 03.09.2014
1483
Bəzi yerlərdə şimşək çaxacağ, yağış yağacağ.
Sentyabrın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
AZXEBER.COM xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya deyib ki, mülayim cənub-şərq küləyi əsəcək, havanın temperaturu gecə 23-26 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq.
Sentyabrın 4-də Azərbaycanın bölgələrində də hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR