Sürücülərə - XƏBƏRDARLIQ

Sürücülərə - XƏBƏRDARLIQ
Bütün Xəbərlər
16:30 02.09.2014
2079
Bu axşam paytaxtda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu gün saat 22:00-dan etibarən Akademik Həsən Əliyev küçəsinin Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsindən Əliyar Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaqdır.
AZXEBER.COM xəbər verir ki, “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, bu yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə bağlıdır.
Sürücülərə alternativ olaraq Fətəli xan Xoyski küçəsindən istifadə etmələri tövsiyə olunur.
OXŞAR XƏBƏRLƏR