1,7 milyon manat pul ayrıldı.
Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz rayonu ərazisində Dalğalı-Nabran-Tel avtomobil yolunun tikintisinin maliyyələşdirilməsi haqqında sərəncam imzalayıb.
AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, sərəncama əsasən 3200 nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Dalğalı-Nabran-Tel avtomobil yolunun tikintisi məqsədilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 1,7 milyon (bir milyon yeddi yüz min) manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.