Dəhşətli istilər gəlir

Dəhşətli istilər gəlir
Bütün Xəbərlər
00:30 18.08.2014
3558
Ölkədə kəskin istilər hökm sürür. Artıq bu hava şəraitinin fəsadları da özünü göstərib. Bu günlər çimərlik həvəskarları üçün əlverili olsa da, həkimlər ehtiyyatlı olmağı məsləhət görür. Hidrometereoloqlar isə istilərin hələ bir müddət davam edəcəyini proqznozlaşdırır.
Son iki gündə ölkə ərazisində hökm sürən isti hava şəraiti insanları daha ehtiyyatlı davranmağa məcbur edib. Günorta saatlarında paytaxt küçələrində seyrəklik müşahidə edilir. Çünki əksər sakinlər günvurmadan qorunmaq üçün məhz axşam saatlarında gəzintiyə çıxmağa üstünlük verir.
İstirahət günü olmasına baxmayaraq paytaxtın daha çox insan sıxlığı müşahidə edilən ərazilərində sükut hökm sürür.
Lakin məcburiyyət qarşısında qalıb, günün qızmar saatlarında açıq havaya çıxan sakinlər də var.
Paytaxt sakini Nəsib Zeynalov: "İnanırsız mən özümdə xəstəyəm, isti vuran kimi burnumdan qan açılır. Həkim də istidə gəzməyə icazə vermir. Amma olmur, işə çıxmaq məcburiyyətindəyəm”.
Paytaxt sakini Fatma Kərimova: "İsti mənə pis təsir edir, amma nə edim işə gedirəm. Buna fikir vermirəm. Ancaq su içirəm vəssalam”.
Bakı Şəhər Təcili Tibbi Yardım Stansyasından verilən məlumata görə, ötən gün qeydə alınan yüksək temperatur 3 nəfərin stansiyaya müraciət etməsinə səbəb olub. Gün vurma diaqnozu qoyulan 3 nəfərdən 2-nə tibbi yardım göstərilib, digər bir nəfər isə vəziyyəti nisbətən ağır olduğundan 
müalicəsini xəstəxanada davam etdirməli olub.
Ümumilikdə isə yay fəsli daxil olandan bu günə qədər 29 nəfər təcili tibbi yardım stansiyasına gün vurma diaqnozu ilə müraciət edib. Məhz buna görə də həkimlər bu cür isti havada zərurət yaranmadığı təqdirdə saat 11:00-dan 17:00-dək açıq havada olmamağı məsləhət görür. Gün ərzində daha çox maye qəbul etməklə gün vurmasından qorunmaq mümkündür.
Hidrometereoloqlar isə sakinlərə kəskin istilərlə bağlı xəbərdarlıq edir. 18-19-20 avqust tarixlərində havanın temperaturunda yüksəlmə qeydə alınacaq. 18-19 avqust tarixlərində havanın hərarəti 39 dərəcəyə qədər qalxacaq. Ən yüksək temperatur isə 20 avqust tarixində qeydə alınacaq.
Baş hidrometereoloq Asif Verdiyevin sözlərinə görə, ayın 20-də Bakı və yarımadada temperaturun 40 dərəcəyə qədər yüksəlməsi gözlənilir: “Bəzi yerlərdə, eyni zamanda mərkəzi aran rayonlarında, həmçinin Naxçıvan Muxtar Respublikasında havanın temperaturu 43 dərəcəyə qədər artacaq”.
Sabahdan etibarən 3 gün davam edəcək kəskin istilər isə avqust ayının 21-dən etibarən nisbətən sərin hava ilə əvəzlənəcək. Əsən şimal küləyi hərarətin azalmasına səbəb olacaq. (ans tv)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu