Bu gün yerli vaxtla saat 12:49-da Zaqataladan 23 km cənub-qərbdə zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ episentrdə 3 bala qədər hiss olunub.
Zəlzələnin maqnitudası 2.8, dərinliyi 9 km olub.