Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün saat 13:00-dək Sabunçu və Nərimanov, saat 14:00-dək Abşeron, saat 18:00-dək İmişli, saat 19:00-dək Sabirabad, işlər başa çatanadək isə Ağdaş rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.