Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonda ailə-məişət münaqişəsi zəminində qətl törədilib.Belə ki, iyulun 17-də Ucar rayonu Qaradağlar kənd sakini Həqiqət Şərbətəliyevanın evində, kürəkəni Talıb Heydərov ailə-məişət münaqişəsi zəminində arvadı Elnarəyə bıçaqla xəsarətlər yetirib.Ər arvadını qanına qəltan edəndən sonra hadisə yerindən qaçıb.Xəstəxanaya yerləşdirilmiş Elnarə orada ölüb.Faktla bağlı Ucar rayon polis şöbəsi əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.