Həcc ziyarətinə gedənlərə - XƏBƏRDARLIQ

Həcc ziyarətinə gedənlərə - XƏBƏRDARLIQ
Bütün Xəbərlər
17:51 10.07.2014
913
Bu virusdan Yaxın Şərqdə 287 nəfər ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Həccə gedən milyonlarla müsəlmana müraciət edərək onları gigiyenaya əməl etməyə, Yaxın Şərq Respirator Sindromundan (MERS) qorunmağa çağırıb.
AZXEBER.COM  Milli.az-a istinadən xəbər verir ki, ÜST təmsilçisi Mark Jakobsun iyulun 10-da dediyinə görə, əlləri yumaq və öskürən adamlardan kənar durmaq bu virusdan qorunmağın ən sadə yoludur.
Jakobs əlavə edib ki, Məkkədən qayıdan xəstə zəvvarların Asiyada bu xəstəliyi yayması təhlükəsi də azdır.
O, MERS-in ilkin düşünüldüyündən az yoluxucu olduğunu bildirib. Ancaq bu virusdan Yaxın Şərqdə 287 nəfər ölüb.
Xatırladaq ki, ötən həftə Filippin dindarlara müraciət edib, MERS təhlükəsinə görə Məkkəyə getmək planlarına yenidən baxmağa çağırıb.
OXŞAR XƏBƏRLƏR