Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
Bütün Xəbərlər
18:50 06.07.2014
1985
Bəzi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Həftənin ilk iş günü Azərbaycanda hava dəyişkən buludlu olacaq və əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Oxu.Az-a verilən məlumata görə, iyulun 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Gün ərzində hava, əsasən, yağmursuz olacaq.
Abşeron yarımadasında temperaturun gecə 21-26 dərəcə isti, gündüz 34-38 dərəcə isti, Bakıda gecə 24-26 dərəcə isti, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.
Azərbaycan rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 16-21 dərəcə isti, gündüz 30-35 dərəcə isti olacaq.
Aran rayonlarında iyulun 7-da havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Temperaturun gecə 20-25 dərəcə, gündüz 34-39 dərəcə, bəzi yerlərdə 37 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR