Şərq küləyi əsəcək.
İyulun 4-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
AZXEBER.COM xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya açıqlamasında bildirdiyinə görə, cənub-şərq küləyi əsəcək, havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcəyədək isti olacaq.
Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.
Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.