TQDK nəticələri açıqladı

TQDK nəticələri açıqladı
Bütün Xəbərlər
14:00 15.06.2014
763
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyunun 13-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb.AZXEBER.COM TQDK-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikası, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan və Xocavənd rayonlarında orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələrini iyun ayının 15-də saat 13:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.İmtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər.
OXŞAR XƏBƏRLƏR