Həftənin ilk iş günü Azərbaycanda hava dəyişkən buludlu olacaq və əsasən yağmursuz keçəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan ANS PRESS-ə verilən məlumata görə, iyunun 9-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək.Gün ərzində hava əsasən yağmursuz olacaq.Abşeron yarımadasında temperaturun gecə 16-21 dərəcə isti, gündüz 28-33 dərəcə isti, Bakıda gecə 18-20 dərəcə isti, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22 dərəcə isti, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 22-23 dərəcə isti, Türkan, Hövsan, Şıx, Şahildə 23-24 dərəcə isti olacaqdır.Azərbaycan rayonlarında hava əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.Havanın temperaturu gecə 16-21dərəcə isti, gündüz 27-32 dərəcə isti olacaq.